Qızılağac Milli Parkının ərazisindəki yanğın tam söndürülübbackend

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğının daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Yanğın nəticəsində 10 hektar sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb. Qızılağac Milli Parkının qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.