Qlobal Bakı Forumu dünya gündəmində yer alan problemlərin həllinə töhfə verəcək ŞƏRHbackend

Azərbaycan yenə də növbəti beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha ölkəmizin və Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatiyasının uğurudur. Çünki ölkəmizdə keçirilən hər bir tədbir dövlətimizin dünya birliyində mövqeyini daha da gücləndirir. Bu baxımdanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 3 gün – 16-dan iyunun 18-dək davam edən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderlərinin iştirak etməsi bir daha deyilənlərin göstəricisdir. Dövlət başçımız Forumda dərin məzmunlu çıxışında İkinci Qarabağ müharibəsinin nəticələri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında, Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizini açmamaq üçün süni maneələr yaratmaq cəhdləri ilə bağlı fikirlərini Forum iştirakçılarına çatdırmışdır. Dövlət başçısı çıxışı zamanı Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurmasına daha çox diqqət ayır maqla növbəti mesajını verdi. Dövlət başçımız Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizini açmamaq üçün süni maneələr yaratmaq cəhdlərinə xüsusi diqqət ayıraraq çıxışında Ermənistanın əldə edilən razılaşmaları pozduğunu vurğulayaraq bildirdi ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Prezident çıxışında Azərbaycanda yaşayan ermənilərlə bağlı önəmli fikirlər də səsləndirdi və vurğuladı ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyinin təmin olunması fikrini dəstəklədiyini söyləyib. Çünki Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir və ölkəmiz də çoxmillətli ölkə olduğu üçün erməni əhalisi də digər vətəndaşlar kimi bərabər hüquqlara malikdir. Təəssüf ki, Ermənistanın yenidən “status” məsələsini gündəmə gətirməsi, ərazi bütövlüyümüzü şübhə altına alması cəhdləri isə yolverilməzdir. O zaman Ermənistanı 44 günlük müharibədə olduğu kimi, yenə də «Dəmir yumruq» gələcək. Ermənistan bunu nəzərə almalıdır. Və Ermənistan anlamalıdır ki, Zəngəzur dəhlizi işğalçı ölkənin özü üçün də, bütün region üçün də faydalı olacaq. Hamı, o cümlədən Ermənistan tərəfi də anlamalıdır ki, bu məsələ müharibənin nəticəsi olaraq ortaya çıxıb və reallaşması şübhəsizdir. Və dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həllinin gələcək regional sülhün fundamental elementlərindən olduğunu ifadə edib. Çünki Azərbaycan qalib və güclü dövlətdir, diktə edən tərəf də odur. Ermənistan da bunu dərk etməli, prosesi ləngitməyə çalışmamalıdır. Çünki dövlət başçımızın dediyi kimi: “Zəngəzur dəhlizi ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın təməl sütunudur”.

Bir sözlə, ölkəmizin belə beynəlxalq forumlara evsahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına mühüm töhfə verməklə, eyni zamanda, bütün bunlar bir daha təsdiq edir ki, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan artıq beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünya miqyasında müstəqil mövqeyi olan və sözünə qiymət verilən nüfuzlu dövlətdir!

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı