Qobustanda balıq tutmağa gedənlər torpaq uçqunu altında qaldılarbackend

Abşeron rayonu ərazisində torpaq sürüşməsi olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Qobustan ərazisində baş verib. 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatı qoparaq üzərinə tökülüb. Nəticədə, o, hadisə yerində ölüb, hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.