Hazırda “Birbank” mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumatda qeyd olunub ki, problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacaq:
“Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq “BakıKart”ın mobil tətbiqi, “m10″ elektron ödəniş sistemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur”.