Qrenlandiyada keçirilən seçkilərdə müstəqillik referendumunun keçirilməsinin tərəfdarı olan müxalifət partiyası Demokraatit 29,9% səslə qalib gəlir.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir: “Danimarkadan müstəqilliyə ləng yanaşmanın tərəfdarı olan “Demokraatit” seçkidə bülletenlərin 90%-dən çoxunun hesablanması ilə 30,4% səs qazanıb”.
Nəşr qeyd edir ki, adanın sürətlə müstəqilliyinə can atan Naleraq (Milestone – red.) partiyası 24,1% səs toplayıb. Populyarlıq baxımından üçüncü yerdə 12 deputat mandatı olan Inuit Ataqatigiit (Xalq İcması – redaktorun qeydi) partiyasıdır. Dördüncü yerdə müstəqillik referendumunun keçirilməsini dəstəkləyən Siumut (İrəli) partiyasıdır.