Qrenlandiyanın baş naziri ABŞ-ın adanı ələ keçirmək istəyini dəyərləndiribbackend

Sermitsiaq nəşri yazır ki, Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ABŞ rəsmilərinin adanı ələ keçirmək istəyi ilə bağlı bəyanatlarından təəssüfləndiyini bildirib.

“Kədərlidir, çünki bu bəyanatlar hörmətsizliyi nümayiş etdirir. Daha dəqiq sərhədlər lazımdır. Bizim ərazi bütövlüyümüz və öz müqəddəratını təyinetmə hüququmuz beynəlxalq hüquqa əsaslanır və sadəcə olaraq göz ardı edilə bilməz”, – baş nazir bildirib.

Dekabrın 22-də Luiziana ştatının qubernatoru Ceff Landri onu Qrenlandiya üzrə xüsusi elçi təyin etdiyi üçün Donald Trampa təşəkkür edib və ölkənin adanı almaq niyyətini təsdiqləyib.