Qrenlandiyanın üzvlüyü Avropa ilə münasibətləri poza bilərbackend

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın tərkibinə daxil etmək niyyəti güc yolu ilə həyata keçiriləcəyi təqdirdə Vaşinqtonun Avropadakı müttəfiqləri ilə münasibətlərini ciddi şəkildə çətinləşdirə bilər.

Bu barədə RİA Novosti-yə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı və Avrasiya Fondunun keçmiş rəhbəri Erl Rasmussen bildirib.

Ekspert qeyd edib ki, güc tətbiqi və ya iqtisadi təzyiqlə müqayisədə daha üstün variant ABŞ-ın adadakı strateji maraqlarına toxunan məsələlərlə bağlı Qrenlandiya, Danimarka və Avropa ilə diplomatik müzakirələr olacaq.

Rasmussen Qrenlandiyanın həm milli təhlükəsizlik baxımından, həm də zəngin mineral ehtiyatlarına görə ABŞ üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.