Qreta Tunberq Norveçin Ən Böyük Neft Emalı Zavoduna gedən yolu bağlayıbbackend

İqlim fəalları “Extinction Rebellion” və isveçli ətraf mühit fəalı Qreta Tunberq Norveçin Monqstad şəhərində yerləşən Equinor-un ən böyük neft emalı zavoduna gedən yolu bağlayıblar, NRK xəbər verir.

“Bölgədə 150-200 etirazçının, o cümlədən dünya şöhrətli ətraf mühit fəalı Qreta Tunberqin olacağı gözlənilir”, – məlumatda deyilir.

Equinor-un sözçüsü Ellen Maria Schelsbeck-in sözlərinə görə, neft emalı zavodunun nümayəndələri etirazçıların obyektin təhlükəsizlik zonasından çıxarılması tələbi ilə polisə müraciət ediblər. Eyni zamanda, obyektin işçilərindən nümayiş müddətində evdə qalmaları istənilib.