Qubada məktəbli özünü güllələdibackend

Quba rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyərək həyatına son qoyub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələki məlum deyil.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsindən sonra məlum olacaq.