Qubada yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
“Report”un Şimal bürosunun məlumatına görə, Quba – Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol qəzasında “Hyundai” markalı minik avtomobilinin sərnişini Ucal Şahbaz oğlu İbrahimov dünyasını dəyişib.
Sürücü Mehman Bəylər oğlu Balayarov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.