Qurdlar zərərli bakteriyalar haqqında bilikləri öz nəsillərinə ötürə bilərbackend

Vəhşi nematod qurdları zərərli bakteriyalardan qaçmağı öyrənir və onların nəsli bu biliyi miras alır.

Bunu PLOS Genetics jurnalında dərc olunan araşdırma göstərib.

Əvvəlki təcrübələr göstərdi ki, laboratoriya qurdları C. elegans nematodu insanlarda infeksiyalara səbəb olan Pseudomonas aeruginosa bakteriyasının ştammını xatırlaya bilir. Qaçma davranışı genlərdə kodlaşdırılmasa da, qurdlar bu məlumatı dörd nəsil ərzində öz nəsillərinə ötürə bilər. Yeni araşdırmada alimlər bunun vəhşi nematodlar üçün də mümkün olduğunu təsdiqləyiblər.

Məlum olduğu kimi, Pseudomonas bakteriyasının ifraz etdiyi kiçik RNT molekulu qurdun sinir sistemindəki genlərin ifadəsini (fəaliyyətini) dəyişir. Bu, nematodların bakteriyalardan qaçmasına səbəb olur. Gen fəaliyyəti DNT-dəki kimyəvi işarələrlə tənzimlənir və nəsillərə ötürülə bilər.

Mənbə: Gazeta.ru