Quru dəri və ona necə qulluq edək? – Tanınmış həkim-kosmetoloq Sevinc Əliyevadan özəl AÇIQLAMAbackend

Gənc yaşlarda quru dəri zərif, elastik, dartılmış və məsaməsiz olur. Dəri səthində praktik olaraq sızanaq və civzələr rast gəlinmir. Yağlı dərisi olanlar onları “bəxtəvər” adlandırır. Ancaq hər şey heç də bele sadə deyil.

“Newpost.az” xəbər verir ki, bu açıqlamanı tanınmış həkim-kosmetoloq Sevinc Əliyeva özünün instagram sosial şəbəkəsində paylaşıb.

Quru dəriyə düzgün qulluq etmədikdə o tez bir zamanda qocalaraq qırışlarla örtülən bilər.
Bir çox hallarda dərinin quruluğu bəzi xəstəliklər (sinir, mədə-bağırsaq, endokrin sistem), vitamin çatışmazlıqları və digər səbəblər nəticəsində baş verir. Ona görə əgər əvvəllər normal və ya yağlı olan dəriniz birdən birə quruyarsa ilk növbədə həkimə müraciət edin.Müalicədən sonra dəriniz əvvəlki vəziyyətinə qayıdacaq.

Əgər dəriniz genetik olaraq qurudursa siz onu heç cür yağlı edə bilməzsiniz. Ancaq daim düzgün qulluq nəticəsində dəriniz uzun müddət cavan və sağlam qala bilər.

Quru dəri üçün süd, kərə yağı, balıq yağı, yumurta sarısı, kahı, ispanaq, pomidor və.s məhsullar çox xeyirlidir. Quru dərisi olanlar gün ərzində 1,5-2 litr maye qəbul etməlidirlər. Mövsümdən aslı olmayaraq keyfiyyətli günəş qoruyucu kremlərdən (SPF krem) istifadə edin.

Quru dəri qıcıqlanmağa meyilli olduğu üçün istənilən krem və tətbiqindən öncə sınaq məqsədi ilə qulağın arxa tərəfinə və ya dirsək büküşünün az bir sahəsinə həmin vasitələrdən sürtmək lazımdır. Sonrakı 1-2 saat ərzində dəridə qızartı, qaşınma, göynəmə hissi olmazsa həmin krem və ya maskanı istifadə etmək olar.

Qış aylarında, küləkli və şaxtalı günlərdə çölə çıxmazdan öncə üzün dərisinə yağlı qidalandırıcı krem çəkmək tövsiyə olunur.

Quru dəriyə həftədə 2-3 dəfə nəmləndirici maskalar məsləhət görülür. Və mütləq müəyyən yaşdan sonra professional qulluqlar məsləhətdir.

Dr. Sevinc Aliyeva

Instagram: “dr__aliyeva