Telangana Today xəbər verir ki, Qvadelupa ştatının Sainte-Anne şəhərində avtomobil Milad bazarında toplaşanların üzərinə sürülüb. Qəza nəticəsində 10 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Hadisə bələdiyyə binası və kilsə ilə üzbəüz yerləşən Şelçer meydanında baş verib. Yaralılardan üçünün vəziyyəti ağırdır. Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır, şahidlər isə sürücünün avtomobili idarə edərkən pisləşə biləcəyini ehtimal edir. Lakin faciənin dəqiq səbəbləri hələ də bəlli deyil”, – portal yazır.
Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri, polis və şəhər meri gəlib. Faktla bağlı araşdırma aparılır.














