Qvardiola antirekorduna imza atıbbackend

İngiltərə Premyer Liqasının (APL) matçında “Mançester Siti” “Aston Villa”ya uduzub.

Görüş 0:1 hesabı ilə başa çatıb. Yeganə qolu Leon Beyli vurub. O, 73-cü dəqiqədə fərqlənib.

“Siti” və “Aston Villa” aprelin 3-də ikinci turda üz-üzə gələcək.

İlk hissədə “Aston Villa”nın futbolçuları “Mançester Siti”yə 13 zərbə endiriblər. Bu, Pep Qvardiolanın komandaları üçün Avropanın yüksək liqalarında 535 matçda göstərdiyi ən pis göstəricidir.

“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 30 xalla dördüncü yerdədir. “Aston Villa” 32 xalla üçüncü pillədə qərarlaşıb. Londonun “Arsenal” klubu 36 xalla birinci yerdədir. “Liverpul” 34 xalla ikinci yerdədir.

Mənbə: NTV Spor