Qvardiola iki klubla Çempionlar Liqasını qazanan altıncı baş məşqçi ola bilər

İngiltərə Premyer Liqasının (APL) klubu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola iki fərqli komanda ilə Çempionlar Liqasını qazanan tarixdə altıncı mütəxəssis ola bilər.

Mayın 17-də “vətəndaşlar” “Real Madrid”i 4:0 hesabı ilə məğlub edərək, İtaliya “İnter”i ilə oynayacaqları Çempionlar Liqasının finalına yüksəlib. Turnirin həlledici oyunu iyunun 10-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.

İndiyədək cəmi beş məşqçi məşqçilik karyerasında belə nailiyyət əldə edib. Bu, Milan və Real Madrid ilə turnirin qalibi olan Karlo Ançelotti, Real Madrid və Bayern Münhen ilə Yupp Haynkes, Porto və İnter ilə Joze Mourinyo, Feyenoord və Hamburqla Ernst Happel, həmçinin Ottmar Hitzfeld – Borussia və Bayern ilə.

Oxşar xəbərlər