Rada Ukrayna ilə bağlı müqavilə şərtlərinin pisləşdiyini açıqlayıbbackend

ABŞ-dan Ukraynaya dair sülh müqaviləsinin şərtləri danışıqların hər mərhələsi ilə daha da pisləşir.

Bunu hazırda dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz Teleqram kanalında bildirib.

“Zelenskinin imzalamağa məcbur olduğu hər bir sonrakı müqavilə əvvəlkindən daha pisdir. 2022-ci il İstanbul müqavilələri Zelenskinin 2025-ci ildə imzalayacağı müqavilələrdən qat-qat yaxşı olacaq”, – Dubinski bildirib.

Onun fikrincə, nadir torpaq metalları ilə bağlı Ağ Evdə iflasa uğrayan saziş hazırda təklif olunandan daha çox Ukrayna üçün faydalı olub. Deputat vurğuladı ki, saziş indi yerin təkindən əlavə hasilat və daşınma infrastrukturunu da əhatə edir və növbəti münaqişələr yaranarsa, enerji obyektləri də əlavə oluna bilər.