2023-cü ilin 11 ayı ərzində Ukraynanın xarici ticarət kəsiri 34 milyard dolları ötüb.Bu barədə Ali Radanın deputatı Daniil Getmantsev Telegram kanalında məlumat verib.
“Ötən ilin 11 ayı ərzində (…) xarici ticarət kəsiri 34,1 milyard dollar, o cümlədən 25,7 milyard dollarlıq mallar, 8,4 milyard dollarlıq xidmətlər təşkil edib”, – deputat yazıb.
Getmantsevin sözlərinə görə, Ukrayna üçün ticarətin əsas istiqaməti Avropaya çevrilib (ixracda 65%, idxalda 52%, 9,1 milyard dollar kəsir). Asiya ölkələri ilə ticarətdə kəsir 11,5 milyard dolları keçib ki, bunun da 2/3 hissəsi Çinin payına düşür.
Mənbə: TASS