“Rahat və asan” mobil rabitəni təmin edəcəyini söz verən “Nar Mobile” “cibgirlik” edirbackend

Azərbaycanda mobil operatorların fəaliyyətindən narazılıq daim var. Heç şübhəsiz milyonlarla müştəri ilə işləmək asan məsələ deyil.

Mobil operatorların vətəndaşlara yaratdığı problemlərlə bir neçə dəfə qarşılaşmışıq.

Ən çox şikayət olunan müəssisə cəmiyyətə qapalı olmağa, narazılıqlara əhəmiyyətsiz yanaşmağa davam edir ki, bunlardan biri də “Nar” mobil operatorudur. Ardı-arası kəsilməyən şikayətlərin nə anlama gəldiyini bilmək elə də çətin deyil. Buna səbəb şişirdilmiş kampaniyalar, tariflər yaradıldığını iddia edərək müştəri cəlb etmək və.s. Hələ bir neçəsini sadalamaqla anlayırsan ki, artıq burada müştəri ovu gedir.

Yəni “Nar Mobile” müştərini “barmağına dolayıb” ciblərini soyur. Yalançı kompaniyalarla aldadılan müştərilər əməkdaşlığa başlayandan sonra qurbana çevrilir. Və haçandan-haçana aldadıldığını görən müştərilər əl-ayağa düşüb şikayət edirlər. Əslində anlamırlar ki, “İt də getdi, ip də”.

“Nar” operator müştəriləri onu da bildirirlər ki, balanslarından məbləğin silinməsi ilə bağlı operatora zəng etməyə məcbur olurlar və bu zəngə görə də əlavə məbləğləri çıxılır. Sadə bir hesablama aparsaq görərik ki, şirkət müştərilərdən icazəsiz onların cibinə girərək hansı məbləğdə qazanc əldə edir. “Bizdə hər şey limitsizdir” deyib aldadılaraq gətirilən müştəri elə ovsunlanır ki, sürətin aşağı endirilməsinə də etiraz edə bilmir.

Etiraz edib “müştəri xidmətləri”nə zəng edən müştəriyə isə minnət qoyub onu kor-peşman edirlər. Belə ki, müştərinin xəttinə şişirdilmiş məbləğ əlavə olunur. Bunu isə sorğu olaraq göndərdikdə müddətin uzanması şişirdilmiş məbləğin daha da artmasına səbəb olur.

Şirkət buna baxmayaraq maraqlı şüarları ilə də öyünürlər: “Nar” yenilikçi məhsul və xidmətlərini sərfəli qiymətə təklif edən sevilən markadır. Biz müştərilərimizi, işçilərimizi və səhmdarlarımızı daim məmnun etməyə can atırıq.

İnsanlar arasında “rahat və asan” mobil rabitəni təmin etməyi qarşısına məqsəd qoyan “Nar Mobile” nədənsə müştəriləri narahat edir.

Mövunu diqqətdə saxlayıb digər şikayətləri ictimailəşdi rəcəyik!

Hokm.az

İctimai.az