Ramanada “Z” işarələri peyda olub – FOTObackend

Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub.

Oxu.Az-ın əldə etdiyi fotolarda divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür.

Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” – “Qələbə uğrunda” (“Za pobedu”) və “V” – “Güc həqiqətdədir” (“Sila v pravde”), həmçinin “Vəzifə yerinə yetiriləcək” (“Zadaça budet vıpolnena”) kimi təfsir edib.