Ramanıda evləri su basdı: Vətəndaşlar köməksiz qaldı FOTO – VİDEObackend

Suraxanı rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində (massivi) vətəndaşların yaşadığı mənzil və küçələr su altında qalıb.

“Yeni Gündəm” xəbər verir ki, bir neçə gündür massiv ərazisində yerləşən əksər evlərin həyətləri, küçələri su basıb, gediş-gəliş mümkünsüz vəziyyətə gəlib və nəticədə vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
Sakinlərin sözlərinə görə bu əraziyə su Maştağa ərazisindən istiqamətlənib.
Məsələ ilə bağlı vətəndaşlar aidiyyatı qurumlara müraciət etsələr də, bir neçə gün keçməsinə baxmayaraq, nə “Azərsu” ASC, nə də İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülməyib və hətta “başınızın çarəsinə baxın” deyiblər.

Məsələ həll olunana qədər diqqətimizdədir.

Ərazidən video və fotoları təqdim edirik