Ramil Həsənə yeni vəzifə verilibbackend

Deputat Ramil Həsənə yeni vəzifə verilib.

İctimai.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında məlumat verilib.

Deputat Türk Dövlətləri Parlament Assambleyasına Baş katib seçildiyini deyib.

O bildirib ki, qanuna uyğun olaraq deputat mandatına MSK tərəfindən yaxın günlərdə xitam veriləcək:

“5 dövlətin parlamentini birləşdirən beynəlxalq təşkilata, diplomatik quruma rəhbərlik edəcəyim üçün başqa vəzifələr daşıya bilmərəm”.