Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə təhsil müəssisəsinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.
Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V.İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.
Xatırladaq ki, R.Mehdiyevin gəlini Nigar Mehdiyeva da ötən gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib. (manset.az)













