Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün “Instagram” hesabında paylaşım edib.
Şəfəq bildirib ki, uzun müddətdir başında ağrılar olub və buna görə əməliyyata girməyə razılaşıb:
“Sən demə, ölümə bir-iki addım yaxın imişəm. Beynimdən nə çıxdı. Ona görə gözlərim, üzüm şiş imiş. Ona görə gözlərim dartılmış görünürdü. Beynimdən çıxan iltihabdan sonra başağrılarım dayandı. Gözlərim yumrulandı, üzüm balacalaşdı. Ölümdən döndüm”.