Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11 sentyabr saat 13:00-da Binəqədi rayonu ərazisindən 80 yaşlı şəxsin (kişi cinsli) ölümünün təsdiqlənməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”- deyə məlumatda bildirilir.