Raulla Kasilyas Bakıya gəlir – AÇIQLAMAbackend

İspaniya millisinin və “Real”ın keçmiş futbolçuları Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.

Bu barədə jurnalist, təşkilatçı Ağa Dadaşzadə məlumat verib. O, bildirib ki, səfər sadəcə istirahət məqsədi daşıyır:

“Əfsanəvi futbolçular bir iş adamı tərəfindən dəvət olunub. Onları dəvət edən iş adamının Bakı ilə çox da əlaqəsi yoxdur. Xaricdə işləyir, pulunu orada qazanır, AFFA və idman nazirliyi ilə bağlı deyil. Şəxsi təşəbbüsdür.

Raul Qonsales və İlker Kasilyas Bakıdakı məşhur otellərin birində qalacaqlar. Bakını görmək, istirahət etmək üçün gəlirlər. Azərbaycanın bir neçə rayonuna da səfər edəcəklər. Səfər müddəti 4-5 gün olacaq. İyun ayının ikinci həftəsində gəlməyi planlaşdırırlar. Artıq bütün məsələlər həll olunub”.