Rayonlara avtobuslar nə vaxt işləyəcək? – Beynəlxalq Avtovağzaldan AÇIQLAMAbackend

“Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta gedən avtobuslarda sosial izoliyasiya qaydalarına ciddi nəzarət olunur.”

Bunu Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Pərvin Məmmədova bildirib. O, Bakıdan rayonlara avtobusların işləməsi ilə bağlı suala da aydınlıq gətirib.

Düşünürük ki, növbəti mərhələ olaraq əgər  ictimai nəqliyyat bərpasına icazə verilərsə, Bakı Beynəlxalq kompleksi buna hazırdır. Amma bu Operativ qərargahın verəcəyi qərardan aslıdır. Sərnişinlər arasında da bir neçə saat gedəcəyi yolda vətəndaşların sıx getməsinə icazə verilmir. Bu məsələ ilə bağlı yoluxma sayını minumuma endirmək üçün hazırda bu addımlar atılır.

İctimai.az