Rayonlara ayrılan dotasiya 24% azaldılırbackend

2024-cü ildə Azərbaycanın şəhər və rayonlarından 58-i (Lerik rayonu əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər.

Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qalan yeddi rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 9,3 milyon manat maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulur ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3 milyon manat və ya 24 faiz az, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 22,8 milyon manat və ya 70,9 faiz azdır.