Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Boris Obnosov və Kalaşnikov konserninin baş konstruktoru Vladimir Lepin Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçiliblər. Bu barədə “Vedomosti” seçkilərin dərc olunmuş nəticələrinə istinadən məlumat yayıb.
Onlarla yanaşı, yeni regionlardan olan, əvvəllər Ukraynanın elmi mərkəzlərində çalışmış alimlər də akademik ad alıblar.
Silah materialları üzrə mütəxəssis olan Lepin Tornado-G və Uragan-1M sistemlərinin hazırlanmasında iştirak edib. 143 elmi məqalənin müəllifi olan Obnosov MAI-da şöbəyə rəhbərlik edir və raket silahları üzrə ixtisaslaşmışdır. 2021-ci ildə Rusiya Qəhrəmanı adına namizəd göstərilib.