Madrid Zone xəbər verir ki, “Real Madrid” braziliyalı vinger Vinisius Junior ilə yeni müqavilə ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirib.
Real Madrid rəhbərliyi forvard ultimatum verib, çünki klub daha əvvəl müzakirə olunan müqavilənin maliyyə şərtlərini yaxşılaşdırmaq niyyətində deyil. Vinisiusa ya artıq təklif olunmuş şərtlərlə imza atmaq, ya da 2026-cı ilin yayında transfer siyahısına salınmaq təklif olunub.
26 yaşlı braziliyalı “Real Madrid”in hücumçusudur. Bu mövsüm o, bütün turnirlərdə 22 matçda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Razılaşma əldə olunmasa, Səudiyyə Ərəbistanı liqasının Vinisiusun növbəti hədəfi olacağı gözlənilir.











