“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Barselona”ya keçə bilər.
Bu barədə Diario Sport məlumat yayıb.
Mənbənin sözlərinə görə, Asensio komandanın baş məşqçisi Karlo Ançelottinin ona az oyun vaxtı etibar etdiyinə görə qəzəblənib. Belə ki, o, mütəxəssisin “Betis”lə oyunda ona yarım saatdan çox isinmə hərəkəti etdirməsinə baxmayaraq, onu meydana buraxmamasından narazı qalıb.
Əvvəllər Asensio-nun Madridlə yenidən müqavilə imzalayacağı güman edilirdisə, indi vəziyyətin istiqaməti dəyişə bilər.
Futbolçu komandanı dəyişmək barədə fikirləşib. O, “Barselona”nın təklifini dinləməyə hazırdır, baxmayaraq ki, kataloniyalılar hələ ki, futbolçu ilə görüşmək üçün heç bir cəhd göstərməyib.
Mənbə: GOAL
İctimai.az
