“Real”ın Mbappedən niyə imtina edə biləcəyi məlum olub

“Real Madrid” Paris Saint-Germain-in hücumçusu Kilian Mbappenin klubla müqaviləsini uzadacağı təqdirdə onu transfer etmək fikrindən əl çəkəcək. Bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hücumçu PSJ ilə yeni müqavilə imzalayacağı təqdirdə, ispanlar onunla danışıqlar cəhdlərindən əl çəkməklə bağlı son qərarı verəcəklər. Lakin bu transferin gələcəkdə mümkün olduğu qeyd edilir.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib. Nəticədə İspaniya klubuna yüksək profilli keçid baş tutmadı.

Mənbə: TRT Sport

Related Post