Rəcəb Rəhimli növbəti səyyar qəbul keçirdibackend
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli  Vənənd kəndində səyyar qəbul keçirib. Vətəndaşların müraciətlərini yerində öyrənmək, qaldırılan məsələlərin operativ həllinə nail olmaq məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbulda çıxış edən icra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və ardınca həyata keçirilən lokal antiterror əməliyyatları dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin etdi. Bu Qələbə Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, xalqımızın birliyi və ordumuzun qəhrəmanlığının bariz nəticəsidir. Şanlı qələbənin əldə olunmasında canlarından keçən şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlığı, Vətənə olan sonsuz sədaqəti də xüsusi yer tutur.
Rəcəb Rəhimli həmçinin qeyd edib ki, hazırda ölkəmizin inkişafında mühüm strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması Azərbaycanın iqtisadi və nəqliyyat imkanlarını genişləndirəcək, regionda yeni əməkdaşlıq perspektivləri yaradacaq.
Görüşdə “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda görülən işlər diqqətə çatdırılıb. Yol infrastrukturunun qurulması, məşğulluq imkanlarının artırılması, turizm sahəsinin genişləndirilməsi və mədən sənayesinin inkişafı,  ABAD layihəsinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlar davam etdirilir. Tarixi-mədəni irsimizin qorunması məqsədilə “Ərbabın iş yeri” tarixi binasının əsaslı təmiri və “Sərşəhər məscidi”nin bərpa edilməsi üçün görülən işlər, həmçinin, rayonun müxtəlif ərazilərində su təsərrüfatı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə də vətəndaşlara məlumat verilib.
Daha sonra məşğulluq, su təsərrüfatı ilə bağlı çətinliklər, kənddə yeni su xəttinin çəkilməsi, kanalların təmizlənməsi, elektrik xəttinin çəkilməsi, sosial müdafiə məsələsi, bələdiyyə parkı ilə əlaqədar görülən işlər barədə kənd sakinlərinin təklif və müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, müəyyən vaxt tələb edən müraciətlərin həll olunması aidiyyəti qurumlar ilə əlaqələndirilərək nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
1
1
1
1
1
1