Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçiriləcək 8 Noyabr – Zəfər Günü mərasimlərində iştirak etmək üçün Azərbaycana yola düşüb.
Bu barədə Oxu.Az”Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, Ərdoğanın səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlərlə bağlı görüşlər keçirəcəyi gözlənilir.














