“Red Bull Qaçaqaç”a qeydiyyat başladıbackend

Qışın ən əyləncəli və ekstrim dolu idman yarışına qeydiyyat başladı.

İctimai.az xəbər verir ki, Red Bull snoubord və xizək sürənləri 9 fevral tarixində “Red Bull Qaçaqaç” yarışında bir araya toplayacaq.

Xizəyini və ya snoubordunu hazırla, çünki ilin ilk kreativ yarışı 9 fevral Şahdağ Turizm Mərkəzində keçiriləcək.

Yarışdan sonra iştirakçılar üçün ənənəvi “Après-Ski”, yəni “xizəkdən sonra” partisi keçiriləcək. Burada hər kəsi fərqli atmosfer, əyləncə və ünsiyyət gözləyir. Bir sözlə “Red Bull Qaçaqaç”a qoşulanlar unudulmaz bir təcrübə ilə ayrılacaq.

Elə indi qeydiyyatdan keç!

Qeydiyyat: REDBULL.AZ/QACHAQACH