“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi yekunlaşıb – FOTOLARbackend

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə yekun vurulub.

Birliyin Mətbuat xidmətindən məlumat verilib ki, layihə çərçivəsində təlimlər dörd əsas istiqaməti əhatə edib. Bu istiqamətlərə “Gənclərlə iş”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial şəbəkələrdən düzgün istifadə” və “Gənclərlə işdə rəqəmsal bacarıqlar” mövzuları daxildir. Gənclərlə görüşlər Gəncə, Mingəçevir, Tovuz, Neftçala, Qəbələ, Şəki, Balakən şəhərlərində ümumilikdə 500-ə yaxın gəncin iştirakı ilə keçirilib.

Həmçinin qeyd olunub ki, layihənin sonuncu mərhələsi Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində keçirilib. 35 nəfər gəncin iştirakı ilə keçirilmiş görüşdə gənclərin ehtiyacların müəyyənləşdirilməsi, onların iştirakçılığının artırılması və asudə vaxtının səmərəli təşkili istiqamətlərində müzakirələr baş tutub.

Layihənin keçirilməsində əsas məqsəd gənclərlə iş sahəsində çalışan şəxslərin potensialını artırmaq, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaq, gənclərin dövlət maraqlarının qorunmasında iştirakçılığını təmin etmək və region gənclərinin təşəbbüslərinin artımına dəstək verməklə dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.