“Loqos” Psixoloji və Nitq Mərkəzinin və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 4-6 iyul 2022-ci il tarixlərində Şəmkir, Tovuz və Ağstafa şəhərlərində psixoloji maarifləndirmə marafonu keçirilib.
Marafon çərçivəsində Şəmkir, Tovuz və Ağstafa şəhərlərində peşəkar mütəxəssislər tərəfindən bir sıra aktual olan psixoloji mövzularda maarifləndirici çıxışlar edilib, ödənişsiz diaqnostik konsultasiyalar həyata keçirilib.
Psixoloji maarifləndirmə marafonunda ümumilikdə 200-dək şəxs iştirak edib, 50-dən çox vətəndaş ödənişsiz diaqnostik konsultasiyalardan yararlanıb.
Qeyd edək ki, marafonun həyata keçirilməsinin məqsədi, bölgələrdə yaşayan əhalinin psixoloji cəhətdən maarifləndirilməsi, insanlara ödənişsiz psixoloji dəstək göstərilməsidir. Layihənin gələcəkdə digər bölgələrimizdə də keçirilməsi nəzərdə tutulur.











