Rektor tələbələrinə müraciət etdibackend

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, professor İbrahim Cəfərov universitetdə təhsil alan sonuncu kurs tələbələrinə müraciət edib. 

İctimai.az xəbər verir ki, bu barədə İbrahim Cəfərov öz facebook səhifəsində məlumat verib.

Əziz tələbələr, dəyərli dostlar! Bu gün əyani təhsil üzrə IV kurs və qiyabi təhsil üzrə V kurs tələbələrinə müraciət edərək, qeyd edirəm ki, buraxılış Dövlət imtahanları ilə əlaqədar suallar Sizlərə 2 ay bundan qabaq verilmişdir, kifayət qədər vaxtınız var, indi məlum vəziyyətlə əlaqədar evdə oturubsunuz, xahiş edirəm yaxşı hazırlaşın, test üsulu ilə qəbul edilən imtahanlara hər fakültə üzrə bir gün vaxt ayrılacaq, hesab edirəm ki, zamandan istifadə edib ciddi hazırlaşa bilərsiniz, bu barədə nə suallar yaranarsa cavablandırarıq, imtahanların qrafiki ilə bağlı Sizə əlavə məlumat veriləcək.

Sizin rektor

İctimai.az