Renault-un baş direktoru Luka de Meo şirkəti tərk edərək avtomobil sənayesindən kənarda karyera qurmaq qərarını açıqlayıb, Reuters xəbər verir.
Renault top meneceri iyulun ortalarında vəzifəsini tərk edərək Fransanın Kering dizayn şirkətinin baş direktoru vəzifəsini icra edəcək.
De Meonun Kerinqə keçməsi təsdiqlənərsə, o zaman italyan moda evi Gucci rebrendinqdən keçə bilər. De Meo Kering-in baş direktoru Fransua-Henri Pinaultu əvəz edəcək, Reuters qeyd edir.