Repper Snoop Dogg Futbol Klubunun ortaq sahibi oldubackend

Amerikalı reper Snoop Dogg İngiltərənin ikinci ən güclü liqası olan Çempionşipdə çıxış edən Uels klubunun “Suonsi”nin ortaq sahibi və investoru olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Klubun və ərazinin tarixi məni çox təsirləndirdi. Bu, qürurlu, fəhlə şəhəridir və klub dişləməyə qadirdir. Mənim kimi. Mən də “Suonsi”nin bir hissəsi olmaqdan qürur duyuram. Əlimdən gələni edəcəyəm və bütün azarkeşlərlə görüşməyi səbirsizliklə gözləyirəm”, – müğənni bildirib.

Suonsi Siti rəhbərliyi reperin şöhrətinin Suonsi brendini bütün dünyada tanıtmağa və klubun kommersiya potensialını artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib. Stadionun qərb tribunasında Snoop Dogg-un divar portreti göründü.