Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.
İctimai.az xəbər verir ki, bu vəzifəyə Orxan Madar oğlu Quliyev təyin edilib.
Qeyd edək ki, o Berlin Texniki Universitetində Sənaye mühəndisliyi – proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.
O.Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb.
Orxan Quliyev, həmçinin Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.