“Rəqəmsal nüfuz və diplomatiya” mövzusunda dərin və maraqlı müzakirələr aparıldıbackend

Digital Diplomatlar layihəsinin sonuncu görüşünün qonağı Milli Məclisin deputatı cənab Naqif Həmzəyev olmuşdur.

Görüş zamanı gənc digital diplomatlar cənab Naqif Həmzəyev ilə “Rəqəmsal nüfuz və diplomatiya” mövzusunda dərin və maraqlı müzakirələr apardılar.

Rəqəmsal mühitin diplomatiyadakı əhəmiyyəti, texnologiyanın şəxsin nüfuzuna təsiri və sosial medianın qərarların formalaşmasında oynadığı əsas rol kimi aktual mövzular ətrafında fikir mübadiləsi oldu. Gənclər öz suallarını səsləndirərək, hörmətli deputatın bu sahədəki zəngin təcrübələrindən faydalandılar.

Bu ilhamverici görüş gənclərə rəqəmsal diplomatiyanın imkanlarını daha yaxşı dərk etmək üçün yeni perspektivlər qazandırdı.