Rəşad Mehdiyev ANAMA yanında İctimai Şuraya üzv seçilibbackend

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb edilən səs çoxluğunu toplamış 9 nəfər ANAMA yanında İctimai şuranın üzvü seçilib.

Seçilənlərin hər biri minatəmizləmə, maarifləndirmə, minadan zərərçəkənlərə yardım, ölkəmizin mina probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdir.

İctimai Şuraya seçilənlər arasında “Gilavar Foto Klubu” İctimai Birliyi İdarə Heyətinin sədri Rəşad Mehdiyev də var.