Reuters agentliyi iyun ayında Rusiyanın Çinə neft tədarükünün kəskin azaldığını bildirib

Reuters treyderlərə istinadən xəbər verir ki, iyunda Rusiyadan Çinə neft tədarükləri iki dəfədən çox azalıb.

Qeyd olunur ki, may ayında analoji dövr üçün tədarüklər 0,67 milyon ton, iyunda isə cəmi 0,26 milyon ton təşkil edib.

Neft treyderlərindən birinin sözlərinə görə, tələbin azalmasına səbəb İran neftinə olan endirimlər olub.

Daha əvvəl Avropa Statistika Agentliyi Eurostat məlumat vermişdi ki, mart ayında Rusiya nefti və neft məhsullarının Avropa İttifaqına idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi (15,2 milyon ton) ilə müqayisədə 1,4 milyon tona qədər azalıb.

Eurostat ekspertlərinin fikrincə, Rusiya neftinin idxalının azalmasına səbəb Aİ-nin Rusiya Federasiyasına qarşı 2022-ci ilin iyununda qəbul edilmiş altıncı sanksiyalar paketi olub. 2022-ci il dekabrın 5-dən Aİ Rusiya tanker neftinin alınmasını, 2023-cü il fevralın 5-dən isə Rusiya neft məhsullarının idxalını qadağan edib.

Oxşar xəbərlər