RFU UEFA və FİFA-nı ardıcıl olmağa çağırıbbackend

“İzvestiya” xəbər verir ki, Rusiya Futbol İttifaqının (RFİ) baş katibi futbol turnirlərindən kənarlaşdırılmayan İsrail futbol klubları və milli komanda ilə bağlı vəziyyəti şərh edərək, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyasını (FIFA) ardıcıl olmağa çağırıb.

“Biz FİFA və UEFA-nın ölkələrə qadağa qoymasının tərəfdarı deyilik. Biz onların bu hərəkətlərində ardıcıl olmasının tərəfdarıyıq. Biz Rusiya futboluna qoyulan qadağanı tamamilə qanunsuz və ədalətsiz hesab edirik”, – Mitrofanov deyib.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Aslan” əməliyyatına başlayıb. İran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hərbi obyektləri vurub.