Nyu-Yorkda polis məmurları küçələrdə patrul etmək üçün şəbəkədəki videolardan məlum olan Boston Dynamic-in Digidog robotlarından istifadə etməyə başlayıb.
Bu barədə Associated Press məlumat yayıb.
Yeni qurğular Tayms meydanında keçirilən mətbuat konfransında təqdim edilib. Şəhərin ilk robot polis iti 2020-ci ildə keçmiş mer Bill de Blasio tərəfindən icarəyə götürülüb. Nyu-Yorkun hazırkı rəhbəri Erik Adams, tənqidçilərin razılığına uymayacağına və sələfi kimi robot itdən əl çəkməyəcəyinə əmin etdi.
“Mən şəhər üçün ən yaxşısını tapmaq üçün çalışıram” dedi mer.
İctimai.az
