Papa Fransisk Milad günü Rusiya və Ukraynanı sülh danışıqlarına çağırıb.
Bu barədə TASS Roma Papasının Urbi et Orbi Milad müraciətinə istinadən xəbər verir.
“Gəlin Ukraynada silahlarımızı yerə qoyaq! Ədalətli dünyaya nail olmaq üçün danışıqlara, dialoqa, görüşə qapıları açmaq iradəsi olsun. Yaxın Şərqdə silahlarımızı yerə qoyaq. Fikirlərimi İsrail və Fələstində, xüsusən də humanitar vəziyyətin ağır olduğu Qəzzada olan xristian icmalarına ünvanlayıram”, – deyə Fransisk bildirib.
O, həmçinin bütün dünyanı sarsıdan münaqişələrin bütün tərəflərini girov və məhbusları tezliklə azad etməyə çağırıb və çıxışında Suriya, Livan və Liviyanı da xatırladıb.