“Roma”nın baş məşqçisi Mourinyo Səudiyyə Ərəbistanından böyük təklif alıbbackend

Tanınmış insayder Nikola Şira sosial şəbəkələrdə yazıb ki, İtaliya “Roma”sının baş məşqçisi, portuqaliyalı mütəxəssis Joze Mourinyo yaxın gələcəyi ilə bağlı qərar verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı klublarından biri Mourinyoya maaşının artacağı iş təklifi edib. Lakin mütəxəssis köçməkdən imtina edib, o, ən azı daha bir mövsüm İtaliya klubunda qalmaq niyyətindədir.

Mənbənin sözlərinə görə, məşqçi “Roma”nın heyətini gücləndirmək planı üzərində işləyir.

Mənbə: NTV Spor