Portuqaliyanın “A Bola” nəşrinin məlumatına görə, “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo klub rəhbərliyinin günahı üzündən Səudiyyə Ərəbistanı Premyer Liqası matçını boykot edə bilər.
Hücumçunun qərarı Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) klub rəhbərliyindən narazılığından irəli gəlir.
Mənbənin məlumatına görə, Ronaldo PIF-in komandasına nəzarət etdiyi digər klublara, xüsusən də “Əl-Hilala” nisbətən daha az diqqət və resurs ayırdığına inanır. Bu siyasətə etiraz olaraq komanda kapitanı 2 fevrala planlaşdırılan matçda meydana çıxmaqdan imtina edib.









