Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo jurnalist Piers Morqanın YouTube kanalında verdiyi müsahibədə ən bahalı alış-verişini açıqlayıb və şəxsi təyyarəyə sahib olduğunu açıqlayıb.
“Reaktiv təyyarə. 30 yaşımdan bəri özəl təyyarəm var, amma bir il əvvəl başqa birini aldım. Olduqca bahalı idi. “Global Express” təyyarəsi. Daha əvvəl dediyim kimi, pul maddi sərvət əldə etmək imkanı verir ki, bu da yaxşıdır”, – deyə Ronaldo bildirib.
Keçən mövsüm Ronaldo “Əl-Nəsr”də bütün yarışlarda 41 oyunda 35 qol vurub və dörd məhsuldar ötürmə edib.












