“Əl-Nasr”ın portuqaliyalı yarımmüdafiəçisi Kriştiano Ronaldo etiraf edib ki, rekordlar qırmaqdansa, Səudiyyə klubunda oynamaqdan həzz alır. Onun sözlərini jurnalist Fabrizio Romano sosial şəbəkədə çatdırır.
“Mən rekordlara çox əhəmiyyət vermirəm. “Əl Nəsr”də oynamağı sevirəm. Biz ən güclü və ən yaxşı komanda olmaq üçün çalışırıq”, – Ronaldo bildirib.
Sentyabrın sonunda Ronaldo məğlubiyyətsiz matçlar üzrə dünya rekordu qoydu. 38 yaşlı forvard indiyə qədər uduzmadığı min oyun keçirib. Onlarda 776 dəfə qalib gəlib, 224 heç-heçə qeydə alınıb. Bundan sonra Ronaldo öz klubunun tərkibində yenidən qələbə qazanıb – “Əl-Əhli”yə (4:3).
Mənbə: Sport.ru

